Ürək xəstələrində gözlənilən infarkt bir gün əvvəl bəzi əlamətlərlə müəyyən edilə bilər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-da araşdırma aparılıb.
Məlumata görə, infarktdan əvvəl qadınlarda nəfəs darlığı, kişilərdə isə sinə ağrısı yaranır. Hər iki cinsdə baş verən, lakin o qədər də yayğın olmayan xəbərdarlıq əlamətlərinə qıcolmaya bənzər hadisələr və anomal tərləmə də daxildir.
Tədqiqatçılar düşünür ki, bu əlamətləri bilmək 90 faiz ölümlə nəticələnən qəfil infarktların qarşısını almağa kömək edə bilər.