İnfarkt və insultdan qoruyan möcüzə içki

İnfarkt və insultdan qoruyan möcüzə içki

Çuğundur şirəsi infarkt və insultdan qoruyur.

AzerTimes xəbər verir ki, bu barədə diyetoloq, biologiya elmləri namizədi Aleksandr Miroşnikov “Rossiya 1” kanalında yayımlanan “О самом главном” verilişinin efirində danışıb. Ürək-damar xəstəliklərinin qarşısını almağın yollarından danışan həkim bildirib ki, çuğundur şirəsi çox faydalıdır.

Mütəxəssis izah edib ki, bu içkinin tərkibində orqanizmdə zərərli xolesterinin səviyyəsini azaldan maddələr – flavonoidlər var. O qeyd edib ki, artıq xolesterin ürək-damar xəstəliklərinin əsas səbəbidir.

Həkim əlavə edib ki, özünüzü infarkt və insultdan qorumaq üçün gündə 250 mililitr çuğundur suyu içməlisiniz.

Teqlər: