İnfarktdan öncə infarktönü vəziyyət yaranır. Çox xəstələr bu məqamı gözdən qaçırır.
AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Anastasiya Fomiçeva ürək üçün tipik olmayan kardial simptomları açıqlayıb.
“Tipik simptomlara döş qəfəsində ağrı, sancı, təngnəfəslik, təzyiqin qəfil düşməsi, ürək ritminin pozulması – ya aritmiya, ya bradikardiya aiddir. İnfarkönünün qeyri-tipik simptomları: qəfil zəiflik, tərləmə, ürəkbulanma, qusma, öyümə, qarında ağrı, öskürək, huşun itməsi, ölüm qorxusu, ayaqların gücsüzləşməsi.
Aşağıdakı simptomlar isə artıq infarktın kəskin fazasını göstərir:
– Sinədə sanki beton plitə varmış kimi ağırlıq;
– Sinədə alov, yanma hissi;
– Sanki öndən və arxadan bıçaq kəsirmiş kimi hiss;
– Ağrının boyun, çənə, qola, qarına yayılması;
– Nitroqliserin qəbulundan sonra da ağrının kəsməməsi;
– Ağrı 20-30 dəqiqədən tutmuş 5 saata kimi davam edə bilər”, – kardioloq qeyd edib.