İnfantino yenidən FİFA prezidenti seçildi

İnfantino yenidən FİFA prezidenti seçildi

Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 73-cü Konqresində təşkilatın prezident seçkiləri keçirilib.

AzerTimes xəbər verir ki, yeganə namizəd Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib. O, 2027-ci ilə qədər qurumun rəhbəri vəzifəsinə təsdiq edilib.

Xatırladaq ki, Canni İnfantino ilk dəfə 2016-cı ildə səsvermənin ikinci turunda mümkün 207 səsdən 115 səs toplayaraq FİFA-nın prezidenti seçilmişdi. 2019-cu ildə o, ikinci müddətə yenidən bu vəzifəyə təsdiq olunmuşdu.

Teqlər: