İndoneziyanın turizm bölgəsində zəlzələ olub – Ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

İndoneziyanın Bali adasında Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub.


Qeyd olunur ki, zəlzələnin episentri 800 mindən çox əhalisi olan Denpasar şəhərindən 43 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində olub.