İndoneziyanın ən fəal vulkanı püskürməyə başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İndoneziyanın ən fəal vulkanı hesab olunan Merapi püskürməyə başlayıb.

AzerTimes-ın məlumatına görə, lava 1,5 kilometr məsafəyədək yayılıb.

İndoneziya hökuməti ikinci dərəcəli təhlükə səviyyəsi elan edib. İnsanlara vulkanın 5 kilometr məsafəsinədək yaxınlaşmamaq tövsiyə olunub.


Qeyd edək ki, 2016-cı ildə Merapi vulkanının püskürməsi nəticəsində 347 nəfər həlak olmuş, 60 mindən çox şəxs evlərini tərk etmişdi.