İndoneziyanın avtobus qəzasında azı 15 nəfər həyatını itirib

İndoneziyanın qərbindəki Şərqi Yava əyalətində avtobusun qəzaya
uğraması nəticəsində 15 nəfər ölüb, 16 nəfər yaralanıb.

Trend “Sinxua”
agentliyinə istinadla xəbər verir ki, hadisə Mojokerto yaşayış
məntəqəsi yaxınlığında baş verib.

“Avtobus yolun kənarında məlumat lövhəsi olan dirəyə çırpılıb.
Qəzaya səbəb, ehtimal ki, sürücünün həddindən artıq işləməsi
səbəbindən avtobusun idarəetməni itirməsi olub”, – əyalətin
axtarış-xilasetmə idarəsinin əməliyyat bölmə rəisi bildirib.

Polis hadisənin dəqiq səbəbini müəyyən etmək üçün araşdırmalara
başlayıb.