İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, məlumatı yerli “CNA” televiziya kanalı yayıb.
Məlumatda bildirilib ki, 34 nəfər Mamucu şəhərində, 8 nəfər isə şəhərin cənub rayonunda ölüb.
Dağıntılar altında qalanların axtarışı davam etdirilir.
Qeyd edək ki, İndoneziyada baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində yüzlərlə insan xəsarət alıb.
www.yenicag.az