İndoneziyanın Sumatra adasında 5,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə saat 18:09-da qeydə alınıb.
Zəlzələnin episentri Benqkulu şəhərindən 110 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı isə 50 km dərinlikdə əmələ gəlib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.