Xəbər - Orxan Nəbiyev – Trend:
İndoneziyanın Yava adasında Semeru vulkanının püskürməsi nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.
Trend-in məlumatına görə, 27 nəfərin itkin düşdüyü deyilir.
Bundan başqa, 50-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd edək ki, Semeru vulkanının püskürməsi dekabrın 4-də baş verib. 3 676 metr hündürlüyü olan Semeru İndoneziyada aktiv olan 130 vulkandan biridir.