İndoneziyada Merapi vulkanı püskürdü

İndoneziyada Merapi vulkanı püskürdü

İndoneziyanın Qərbi Sumatra əyalətində Merapi vulkanı püskürüb.

AzerTimes xəbrə verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Püskürmə nəticəsində vulkan külü 3 min metr hündürlüyə qədər qalxıb.

Məsul qurumlar sakinlərə və ziyarətçilərə kraterin 3 kilometr radiusuna qədər yaxınlaşmağı qadağan edib və ikinci ən yüksək xəbərdarlıq səviyyəsi təyin edib.

Teqlər: