İndoneziya tibbi xidmətləri yanvarın 12-dən ölkə əhalisinə COVID-19-a qarşı vaksinlərin “buster” dozaları təklif edə biləcək.
AzerTimes-ın məlumatına görə, bu barədə “Channel NewsAsia” televiziya kanalı bildirib.
İndoneziya səhiyyə naziri Budi Qunadi Sadikin bildirib ki, qərar ölkə prezidenti tərəfindən verilib və proqram yanvarın 12-dən başlayacaq.
Nazirin sözlərinə görə, yanvar ayında “buster” dozaları ilə bağlı proqram 21 milyon insani əhatə edəcək.