İndoneziyada kilsədə törədilən partlayış nəticəsində 14 nəfər yaralanıb

İndoneziyanın Makassar şəhərində katolik kilsəsində baş verən partlayış nəticəsində 14 nəfər yaralanıb.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, partlayışın iki kamikadze tərəfindən həyata keçirildiyi ehtimal edilir. Terrorçular motosikletlə kafedralın ərazisinə daxil olmağa çalışarkən gözətçilər tərəfindən saxlanılıblar.


Daha əvvəl hadisədə 10 xəsarət alan barədə məlumat verilib. Kilsə keşişinin dediyinə görə, partlayış ibadətə gələnlərin xidmətdən sonra evlərinə getmək üçün binadan çıxarkən törədilib.

Teqlər: