Axtarış qrupları Bali adası yaxınlığında Bali dənizində yoxa çıxan Nanggala sualtı qayığının qalıqlarını tapdılar.
AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə İndoneziya Silahlı Qüvvələrinin Baş Komandanı Hadi Tçaxdjanto və ölkənin Hərbi Hava Qüvvələri qərargahının rəisi admiral Yudo Marqono bildirib.
Bildirilib ki, KRI Nanggala-402 adlı gəmidə 53 nəfər olub.
Detik nəşrinin verdiyi məlumata əsasən, axtarış qrupu batan sualtı qayığın üç hissəsini tapıb. Y.Marqano KRI Nanggala sualtı qayığının üç hissəyə bölündüyünü təsdiq edib.