İndoneziyada güclü zəlzələ olub

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata əsasən, yeraltı təkanların episentri Nbire şəhərindən 184 kilometr cənub-qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.