İndoneziyada güclü zəlzələ nəticəsində ölənlərin sayı 318-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə təbii fəlakətlərə qarşı Milli Agentlik məlumat yayıb.
Qeyd edək ki, daha öncə 310 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Qərbi Yava əyalətində noyabrın 21-də 5,6 bal gücündə zəlzələ baş verib.