İndoneziyanın Şimali Sumatra vilayətində 5,9 bal gücündə zəlzələ olub.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Sibolqa şəhərindən 40 km şimal-şərqdə, yerin 13,2 km dərinliyində meydana gəlib.
Məlumata görə, yeraltı təkanlar nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.