İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ olub.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 346 kilometr cənub-qərbdəki Banda dənizində yerləşib.
Zəlzələnin ocağı isə 20 kilometr dərinlikdə olub. Sunami təhlükəsi barədə məlumat verilməyib.