İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Bəncər şəhərindən 85 kilometr cənubda, 54 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Teqlər: