İndoneziya sahillərində zəlzələ baş verib

İndoneziya yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Qərbi Sumatra əyalətində yerləşən Padang şəhərindən 228 km cənub -şərqdə (əhalisi təxminən 840 min nəfər), ocağı 40 km dərinlikdə yerləşib.

İtki, dağıntı və sunami təhlükəsi ilə bağlı məlumat verilməyib.

Teqlər: