İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ olub.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 636 min nəfərin yaşadığı Cokyakarta şəhərindən 140 kilometr cənub-qərbdə, ocağı isə yer səthindən 58 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.