İndoneziya sahillərində güclü zəlzələ baş verdi

İndoneziya sahillərində güclü zəlzələ baş verdi

Bali dənizində, İndoneziya sahillərində 7 bal gücündə zəlzələ baş verib.

Axar.za xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Mataram şəhərindən 203 kilometr şimalda, ocağı isə 516 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Teqlər: