İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ olub.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Qeyd olunub ki, təbii fəlakətin episentri Ambon şəhərindən 414 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 80 km dərinlikdə olub.