Mayın 14-də İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə İndoneziya Fövqəladə Vəziyyətlərə Nəzarət Agentliyi məlumat yayıb.
Yerli vaxtla 13:33 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Qərbi Niasa əyalətindən 141 kilometr cənub-qərbdə, ocağı 19 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.