İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində Molukka dənizində 6,0 bal gücündə
zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji
Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri İndoneziyanın
təxminən 451 min nəfər əhalisi olan Manado şəhərindən 231 km
şimal-şərqdə yerləşib. Ocaq 80 km dərinlikdə yerləşib.

Tələfat və sunami təhlükəsi barədə məlumat yoxdur.

Teqlər: