İndoneziya Prezidenti Coko Vidodo və ölkənin digər siyasətçiləri Qərb liderlərini G20 sammitində Rusiyaya qarşı ritorikanı yumşaltmağa çağırırlar.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” məlumatlı diplomatlara istinadən yazır.
“Amerika, Avropa, Avstraliya və Yaponiya rəsmilərinə indoneziyalı həmkarları, xüsusən də Prezident Coko Vidodo tərəfindən təzyiq edilir. Onlar Moskva ilə razılaşmağı, çeviklik nümayiş etdirməyi və Kremlə qarşı daha az sərt ritorikadan istifadə etməyə çağırırlar”-, məlumatda deyilir.