İndoneziya Dövlət Poçt Şirkəti “Şuşa İli” ilə əlaqədar xüsusi marka buraxıb

Azərbaycanda 2022-ci ilin “Şuşa İli” kimi qeyd olunması
çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə
İndoneziya Dövlət Poçt Şirkəti tərəfindən xüsusi poçt markası nəşr
olunub.

Trend xəbər verir ki, poçt markasının üzərində İndoneziya
dilində “Şuşa İli – 2022” sözləri yazılıb. Poçt markasında
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin, şanlı Azərbaycan əsgərlərinin, Şuşa qalasının, o cümlədən
işğaldan azad edilən torpaqlarımızdan görüntüləri də öz əksini
tapıb.

İndoneziya Poçt Dövlət Şirkəti ilə səfirlik arasında əldə
olunmuş razılığa əsasən, sözügedən marka may ayı ərzində ölkənin
mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb. Poçt
markası ölkənin filatelistləri tərəfindən böyük maraqla
qarşılanıb.

Teqlər: