Xəbər - Çingiz Səfərli – Trend:
İndiyədək ölkə ərazisində 45 589 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.
Bu barədə AzerTimes-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2021-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9,7 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.
Twitter: @cingizsafarli