İndiyə qədər deputatlığa namizədliyini irəli sürənlərin sayı 156 nəfərdir.
AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.
O vurğulayıb ki, 1 nəfər öz ərizəsi ilə imtina edərək, seçki prosesindən çıxıb:
“O başqa yerdə namizədliyini verməsi ilə bağlı bu prosesdən kənarlaşıb. Ümumilikdə 458 səlahiyyətli nümayəndə qeydə alınıb”.