İndiyə qədər 25 mindən çox şagird, 15 mindən artıq müəllim koronavirusa yoluxub

Xəbər - Çingiz Səfərli – Trend:

Bu günə qədər 25 min 370 nəfər şagird, məktəb heyətindən isə 15 min 128 nəfər koronavirusa yoluxub.

AzerTimes xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. O bildirib ki, mart ayında təhsil işçiləri üçün 10 vaksinasiya mərkəzi yaradılıb:

“Bakıda 33 min 290 nəfər, Sumqayıtda isə 2000 nəfərə yaxın təhsil işçisi vaksinasiyaya cəlb olunmuşdu. Hər iki doza vaksinin vurulmasına görə lider rayonlar, Qazax, Yardımlı, Astara, Neftçala, Lerik, Zərdab, Gəncədir. Bu rayonlarda birinci doza 91, ikinci doza isə 85 faiz təhsil işçisinə vurulub.

Respublika üzrə ümumtəhsil müəssisələrində vaksinasiya cəlb olunanlar 137 min nəfər, 61 faiz hər iki dozanı vurub, 162 min nəfər, yəni 72 faiz isə birinci dozanı vurdurub.


Ali təhsil üzrə 33 min nəfərdən 16 min nəfər hər iki dozanı, 20 min nəfər isə yalnız birinci dozanı vurub.

Peşə məktəbləri üzrə isə 4400 nəfərdən 3451 nəfəri birinci dozanı, 3038 nəfər isə hər iki dozanı vurdurub”.

Twitter:@cingizsafarli

Teqlər: