İndiyə kimi “Şahdəniz” yatağından Türkiyəyə 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb – Nazir

Qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək TANAP-la 13,6 milyard kubmetr təbii qaz nəql olunub.

AzerTimes-ın məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

“Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 milyard kubmetr təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb. Ümumiyyətlə, Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb”, – deyə nazir qeyd edib.


Nazir çıxış zamanı “STAR” Neft Emalı Zavodu, Petkim kimi layihələrin timsalında ölkəmizin Türkiyədəki investisiya fəaliyyəti də vurğulayıb.

“Azərbaycanın Türkiyədəki sərmayəsi 19 milyard dollardan çoxdur. Prezident cənab İlham Əliyevin ifadə etdiyi kimi ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər”, – deyə P.Şahbazov əlavə edib.

Teqlər: