İndi F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi üçün münasib zaman deyil.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun əməliyyatlar üzrə birgə qərargahının direktoru Duqlas Sims deyib.
“F-16-ların yerləşdirilməsi üçün şərait ideal olmaya bilər”, – o bildirib.
Simsin sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, Rusiyanın geniş hava hücumundan müdafiə imkanları ilə bağlıdır.