Hazırki şərtlərdə Ukrayna üzrə danışıqların aparılmasını mümkün hesab etmirəm.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Kiyevə raket düşərək küçələrdə insanların öldüyü vaxtda bunun (danışıqlar –red.) mümkün olduğunu düşünürsünüz? Mən belə düşünmürəm”, – deyə Borrel CNN-ə açıqlamasında deyib.