Artıq uzun müddətdir ki, bir sualım cavabsız qalıb. Müharibə deyirik, düzdür? Müharibəni isə qələbə üçün edirlər. Bu, sadə hərbi doktrinadır. Rusiyanın qələbəsi nədən ibarət olacaq? Kiyevə girsək, yoxsa “düşmən Qərbdir” deyib Brüsselə soxulsaq?
AzerTimes xəbər verir ki, bu fikirləri rusiyalı alim, MDU-nin dünya siyasəti fakültəsinin dekanı Andrey Simonov “Rossiya 1” telekanalının efirində deyib.
“Rusiyanın düşməni hansı ölkədir? Bizim ümumiyyətlə ideyamız nədən ibarətdir? Haranı alsaq dayanacağıq? Böyük vətən müharibəsi zamanı biz qələbəni Berlinə girəndə elan etdik. Bəs indi necə olacaq? Biz ard-arda səhvlər edirik”, – Simonov bildirib.