İndi İlham Əliyev mənə deyir ki… – Putin

İndi İlham Əliyev mənə deyir ki… – Putin

Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb. Praqa bəyanatlarında isə bunu sadəcə olaraq kağız üzərində qeyd etdilər.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun panel iclasında suallara cavab verərkən deyib.

“İndi Prezident İlham Əliyev mənə deyir ki, artıq siz bilirsiniz, Ermənistan Qarabağın bizim olduğunu qəbul edib, Qarabağın statusu məsələsi daha mövcud deyil, o, həll olunub. Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan edərək, Azərbaycan SSR-in 1991-ci ilə qədər olan bütün ərazisini tanıyıb, rəqəmin də (86,6 min kv.km – red.) adını çəkib ki, bura Qarabağ da daxildir. Bu olub və bu, bizim qərarımız deyildi. Bu, Ermənistan hakimiyyətinin qərarıdır. Əgər belədirsə, (Azərbaycandan – red.) bizə deyirlər ki, Qarabağla bağlı nəsə etmək istəyirsənsə, indi bizimlə bütün məsələləri ikitərəfli əsasda həll etməlisən. Nə deyək? Əgər Ermənistan özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa, burada deməyə söz yoxdur.

Təbii ki, burada başqa suallar yaranır – humanitar komponent, sülhməramlılarımızın mandatı ilə bağlı – bu, doğrudur. Mandat hələ də qüvvədədir, lakin humanitar xarakterli, etnik təmizləmənin qarşısını alan məsələlər, təbii ki, aradan qalxmayıb, mən bununla tamamilə razıyam. Ümid edirəm ki, Azərbaycan rəhbərliyi – həmişə bizə dedikləri kimi və indi də deyirlər – heç bir etnik təmizləmənin aparılmasında maraqlı deyil, əksinə, prosesin yumşaq şəkildə baş verməsində maraqlıdırlar”.

Ermənistanın Rusiya Federasiyasına və KTMT-yə iddiaları və yardım göstərilməməsi ilə bağlı sualı cavablandıran Putin qeyd edib: “Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, biz nədən danışırıq? Bütün problemin əsas komponentini, Qarabağın statusunu Ermənistan özü müəyyən edib. Bütün problem budur”.

Teqlər: