İndi də Sabiri “cilalayırlar”: ekspert etiraz etdi – Foto

İndi də Sabiri “cilalayırlar”: ekspert etiraz etdi – Foto

Abidələri təpədən-dirnağa “bərpa” etmək, rəngləmək və yaxud cilalamaq olmaz. Çünki bu zaman heykəllər, abidələr dəyərini, qədimliyini itirir.

Bu sözləri AzerTimes-a açıqlamasında heykəltaraş Azad Əliyev Bakıda daha bir heykəlin – Mirzə Ələkbər Sabirin heykəlinin restavrasiya olunması görüntüləri haqda qeyd edib.

Əliyev bildirib ki, ümumiyyətlə abidələri rəngləmək, heykəlləri cilalamaq qadağan edilməlidir:

“Heykəlləri, abidələri cilalamaq əvəzinə adi su ilə yuyub, yumşaq mumlamaq lazımdır. Bərpa o zaman edilər ki, heykəlin hansısa hissəsi qopmuş olsun. Yalnız qranit heykəllərin parlaq hissələrini cilalamaq olar. Başqa heç bir bərpa oluna bilməz”.

Qeyd edək ki, heykəllərin “köhnəlməsi” həm də həmin abidənin qədimliyini göstərən fakt sayılır. Bu baxımdan da heykəllərin, abidələrin cilalanması normal qarşılanmır.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi Bakıdakı heykəllərin restavrasiyasının mütəxəssislərin məsləhəti ilə aparıldığını, “yumşaq cilalanma”dan istifadə edildiyini açıqlayıb.

Teqlər: