İncənin səsləri hansı namizədə gedəcək? – Ərbakan

İncənin səsləri hansı namizədə gedəcək? – Ərbakan

Məmləkət Partiyasının sədri Məhərrəm İncənin prezidentliyə namizədliyini geri götürməsi Millət İttifaqının lehinə deyil.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin Yenidən Rifah Partiyasının rəhbəri Fateh Ərbakan deyib.

“Məhərrəm İncənin seçicilərinin bir qismi seçkiyə getməyəcək. Gedənlərin bir qismi Ərdoğana, digərləri Sinan Oğana, müəyyən kəsimi də Kılıçdaroğluya səs verəcək. Dolayısıyla, İncə namizədlikdən çəkildi deyə, kütləvi olaraq səslərin Kılıçdaroğluya veriləcəyindən söhbət gedə bilməz. Bir sözlə, namizədlikdən geri çəkilmə hadisəsinin Millət İttifaqının lehinə olacağını düşünmürəm. Xalqımızdan, millətimizdən aldığımız dəstəklə Cümhur İttifaqı böyük uğur nümayiş etdirəcək. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilk turda qalib olacaq”, – deyə Ərbakan bildirib.

Teqlər: