Türkiyədə Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacanın “Avropa bizə afərin deyəcək” sözlərinə Məmləkət Partiyasının lideri Məhərrəm İncə sərt reaksiya verib.
AzerTimes xəbər verir ki, İncə bu ifadənin heç də xoş olmadığını bildirib.
“İnsanlar ümidsizliyə düşür. Sosial problemlər onları narahat edir. “Dolana bilmirəm” deyir. Müxalifət isə belə cavab verir: “Elə işlər görəcəyik ki, Avropa bizə afərin deyəcək”. Bu nə düşüncədir? Bu necə FETÖ-cular kimi danışmaqdır? Bu necə bir imperialist köləlikdir? Belə bir şey ola bilməz. Bizə Avropanın deyil, millətimizin afərin deməyi lazımdır. Milli mövqe lazımdır. Biz siyasətlə məşğul oluruq. Bu gün o, sabah biz qalib gələ bilərik. Bir duruş lazımdır. Sonra onu düzəltməyə çalışacaqsınız”, – M.İncə vurğulayıb.