Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə Cümhur İttifaqının vahid namizədi Kamal Kılıçdaroğlunun xeyrinə geri çəkilmə təklifini rədd edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd edək ki, dünən Məmləkət Partiyasının qərargahında Məhərrəm İncə ilə Kamal Kılıçdaroğlu arasında görüş baş tutmuşdu. Görüş zamanı Kılıçdaroğlu İncəyə namizədliyini onun xeyrinə geri götürməyi təklif etsə də, ikinci bununla razılaşmayıb.
Jurnalistlərə açıqlamasında da Məhərrəm İncə belə bir şeyin olmadığını deyib.