İnanılmazdır, ancaq bu sözləri Putin dedi…

İnanılmazdır, ancaq bu sözləri Putin dedi…

Putinin dünən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışından sitat: “Bəzi dövlətlər kobudcasına və həyasızcasına öz etikasını, mədəniyyətə baxışlarını, tarixə dair təsəvvürlərini tətbiq edir, bəzən dövlətlərin suverenliyini, ərazi bütövlüyünü şübhə altına alır, onların mövcudluğuna təhlükə yaradırlar”.

İlk baxışdam düşünürsən ki, Rusiya lideri özünütənqidə keçib, amma bu sözləri ABŞ və Qərb dövlətləri haqqında, onların İraq, Suriya, Liviya, Əfqanıstanda atdığı addımlara görə deyib. Problem də budur ki, əgər sən (Rusiya) Qərbin həmin ölkələrdə atdığı addımları haqlı olaraq (bəli, haqlı tənqiddir) tənqid edirsənsə, özün eynisini etməməlisən. Putinin bu sözləri Ukraynada etdiklərini tam əks etdirir, Rusiya Ukraynada eyni Putinin dediyi kimi davranır – kobudcasına və həyasızcasına öz etikasını, mədəniyyətə baxışlarını, tarixə dair təsəvvürlərini rəsmi Kiyevə sırımağa çalışır, Ukraynanın suverenliyini, bütövlüyünü şübhə altına alır, bu ölkənin mövcudluğuna təhlükə yaradır.

AzerTimes xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli paylaşıb.

O, Rusiyanın ən böyük bədbəxtçiliyinin də məhz bu olduğunu bildirib:

“Rusiya resurslarına, sərvətlərinə rəğmən normal, cəlbedici, sivilizasion hekayə qura, dünyanın sağlam, konservativ kəsiminin sözçüsü ola bilmədi, tənqid etdiyi Qərb kimi davranmağa başladı ki, sizə olarsa, mənə də olar. Amma 3 ciddi fərqi anlaya bilmədi: 1) ABŞ və AB ölkələri heç bir ərazini öz tərkibinə qatmaq istəmirlər; 2) Qərb tək zopa ilə deyil, həm də kökə ilə ölkələrin qapısını döyür; 3) Qərb yalan-doğru olsa da, bəlli cəlbedici hekayəsi, sivilizasion çağırışlara formal da olsa, cavab verən mövqeyi var.

Əslində Qərb son 25 ildə çox böyük səhvlər, günahlar, cinayətlər edib, bu günün Rusiyasını elə Qərbin səhv siyasəti “doğub”, amma bu o demək deyil ki, Rusiya bunu əlinə bayraq edib yanı-başına, suveren dövlətlərə saldırmalı, ərazilərini işğal etməlidir. Kreml bu addımlarının hekayəsini də qura bilmir, həm öz xalqına, həm də qonşularına cəlbedici rifah və xoşbəxt gələcək vəd edə, bunu göstərə bilmir.

Teqlər: