Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Şimali Osetiya-Alaniya Respublikası ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, insident bu gün Moskva vaxtı ilə saat 08:45 radələrində baş verib.
Şimali Osetiya rəhbəri Sergey Menyaylonun sözlərinə görə, üç pilotsuz təyyarə vurulub. İlkin məlumata görə, onların hədəfi hərbi aerodrom olub.
Tələfat və dağıntı olmadığı bildirilir.
Qeyd edək ki, Ukrayna dronlarının Osetiyaya hücumu ilk dəfədir.