Son günlərdə bəzi şəxslər tərəfindən sosial şəbəkələrdə və bir sıra müxtəlif platformalarda İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin loqosundan və rəsmi adından İctimai Birliyin icazəsi və razılığı olmadan sui-istifadə edilməsi hallarına rast gəlinir.
Bu barədə AzerTimes-a İMZA-dan məlumat verilib.
“Bizim Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən rəsmi olaraq təsdiq edilmiş (Şəhadətnamə, ƏMTƏƏ nişanı N 20200814) loqomuzdan və adımızdan rəsmi icazəmiz olmadan istifadə və ya sui-istifadə edilməsi qəti olaraq yolverilməzdir.
İMZA İB belə sui-istifadə hallarına yol vermiş vətəndaşlardan tələb edir ki, dərhal bu hallara son verilsin və həmin platformalarda bizim ƏMTƏƏ nişanımızın və qurumumuzun rəsmi adının istifadəsi dayandırılsın. Əks halda həmin şəxslərə qarşı Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq maddələri əsasında tərəfimizdən məhkəmə iddiası qaldırılacaq və onlardan bağlanma ilə yanaşı təzminat da tələb olunacaq”, – deyə məlumatda bildirilb.