İmtahanlar üzrə ödənişdə dəyişiklik olacaq? – DİM sədri

İmtahanlar üzrə ödənişdə dəyişiklik olacaq? – DİM sədri

İmtahanlar üzrə ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb.

AzerTimes xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır:

“Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq”.

DİM sədri əlavə edib ki, builki qəbul imtahanlarının vaxtı aidiyyəti qurumlarla müzakirə edilib:

“Yaxın vaxtlarda cədvəllər ictimaiyyətə təqdim olunacaq”.

Teqlər: