Xəbər - Humay Ağacanova – Trend:
İmtahanlarda istifadə olunan sualları hazırlamaq çox mürəkkəb
prosesdir. Bu səbəbdən sual kitabçaları imtahan verən şəxslərə
verilmir.
AzerTimes-ın məlumatına görə, bunu DİM-in Direktorlar Şurasının
Sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, bir müddət öncə sual kitabçasının görüntülərini
sosial şəbəkədə paylaşan şəxsin kimliyi məlum oldu və onun imtahan
nəticəsi ləğv edildi.