Latviyada yaşayan təxminən 3,6 min rusiyalı latış dili imtahanından keçmədiyi üçün ölkəni tərk etməli olacaq.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Gələn həftə 3 600 Rusiya vətəndaşı üç ay ərzində Latviyanı tərk etməli olduqlarını bildirən məktub alacaqlar”, – məlumatda deyilir.
Latviya Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Vilnis Vitolinsin sözlərinə görə, bu əmri yerinə yetirməkdən imtinaya görə cinayət məsuliyyəti yoxdur, lakin cərimə tətbiq oluna bilər.