İmtahanda olan müəllimə öldü

İmtahanda olan müəllimə öldü

Qax rayonunda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsində iştirak edən müəllimə dünyasını dəyişib.

Hadisə Qax Olimpiya İdman Kompleksində Təhsil Nazirliyi tərəfindən keçirilən, ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı baş verib.

İmtahana gələn müəllimə Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın halı qəfil pisləşib. Onu dərhal Təcili Tibbi yardım maşını ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva bir saatdan sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.