
Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üzrə magistratura pilləsinə qəbul imtahanının nəticələri açıqlanıb.
AzerTimes xəbər verir ki, fevralın 15-də keçirilmiş imtahanın nəticələrinə əsasən, ölkə üzrə ən yüksək nəticəni Elvina Əliyeva və Zahid Abdullayev göstəriblər.
Onların hər ikisi imtahandan 91 bal toplayıblar.Məlumata görə, Elvina Əliyeva ali məktəbə 689.6 balla qəbul olub və Prezident təqaüdünə layiq görülüb. Zahid Abdullayev isə universitetə 671.2 balla daxil olub.
Qeyd edək ki, hər iki tələbə Bakı Ali Neft Məktəbində təhsil alıb.

AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN