Xəbər - Samir Əli – Trend:
İmişli sakinini güllələyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayon
Polis Şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə
sakini X.İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə
Buludlu kənd sakini N.Xankişiyevin ayaq nahiyəsinə xəsarət
yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində X.İbrahimov saxlanılmışdır. Ondan müvafiq sənədləri
olan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa
yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, hadisəni törədən şəxs İmişli rayonunun Bəhrəmtəpə
qəsəbə bələdiyyəsinin sədrinin qardaşıdır.