Pakistanın müxalifətdə olan Ədalət Hərəkatı Partiyasına müvəqqəti olaraq təşkilatın sədr müavini Şah Mahmud Qüreyşi başçılıq edəcək.
AzerTimes xəbər verir ki, bu barədə siyasi partiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qüreyşi partiyanın həbsdə olan sədri İmran Xanın səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, ölkənin keçmiş baş naziri olmuş İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.