Pakistanda qadın jurnalist keçmiş baş nazir İmran Xanın olduğu avtomobilin altında qalaraq həyatını itirib.
AzerTimes xəbər verir ki, bu barədə “Ekspress Tribun” məlumat yayıb.
“Yerli telekanalın reportyoru Sədəf Naim Pakistanın “Təhrik-i İnsaf” partiyasının sədri İmran Xanın olduğu avtomobilin altında qalaraq ölüb”, – deyə bildirilib.
Belə ki, o, Xan tərəfdarlarının yürüşünü işıqlandırmaq üçün İslamabada yollanıbmış. Lakin yürüş zamanı qadını itələyiblər və təkərin altında qalıb.
Hadisədən sonra partiya marşı dayandırıb, İmran Xan jurnalistin ölümü ilə bağlı başsağlığı verib.
Hazırki baş nazir Şahbaz Şərif də ölənin ailəsinə kompensasiya veriləcəyini bildirib.